Karateçilərimiz 5 medal qazandı
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə karateçilərin mübarizəsinə start verilib.
Apasport.az saytının məlumatına görə, idmançılar 6 çəki dərəcəsində mükafatların sahiblərini müəyyənləşdirib.
Azərbaycan yığmasının karateçiləri 6 çəki dərəcəsindən 5-də medal qazanıblar. Yalnız Niyazi Əliyev (67 kq) günü mükafatsız bitirib.
Rafael Ağayev (75 kq) kişilərin, Fəridə Abıyeva (61 kq) qadınların yarışında bütün rəqiblərinə qalib gələrək yarışların çempionu tituluna yiyələnib. Bu, Ağayevin İslamiadalarda 3-cü medalıdır. 2005-ci ildə bürünc medala yiyələnən karateçimiz 2013-cü ildə də çempion olmuşdu.
Digər xanım idmançımız İlahə Qasımova (55 kq) da finala yüksəlsə də, həlledici qarşılaşmada uduzub. O, yarışı gümüş medalla başa vurub.
İki idmançımız isə tatamidən bürünc medalla ayrılıb. Nuranə Əliyeva (50 kq) və Firdovsi Fərzəliyev (60 kq) İslam Həmrəyliyi Oyunlarında 3-cü olub.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA