Kişi cüdoçularımızdan iki qızıl medal gəldi
Kişilərdən ibarət Azərbaycan cüdoçuları Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 2 medal qazanıb.
APA TV-nin xəbərinə görə, 60 kq çəki dərəcəsində yarışan Orxan Səfərov finalda Bəkir Özlü (Türkiyə) ilə münasibətinə aydınlıq gətirib.
Orxan döyüşə heç də yaxşı başlamayıb. Lakin hesabda geridə olmasına baxmayaraq, son anda toparlanaraq çempion tituluna yiyələnib.
66 kq çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə isə finalda əlcəzairli Houd Zourdani ilə güləşib. Şıxəlizadəyə çıxışını qızıl medalla başa vurmaq üçün cəmi 45 saniyə kifayət edib. Rəqibinə ipponla qalib gələn Nicat fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
OXŞAR XƏBƏRLƏR
10:29
270
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
901
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
914
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1660
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1150
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1110