Cüdoçu qadınlarımız 3 medal qazandı - FİNALDA AZƏRBAYCAN DERBİSİ

Cüdo üzrə qadınlardan ibarət Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 3 medal qazanıb.

 

APA TV-nin xəbərinə görə, 48 kq çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı finalda digər təmsilçimiz Erdenebat Bazarraqça ilə qarşılaşıb.

 

Gərgin keçən döyüş monqol əsilli idmançımızın qələbəsi ilə yekunlaşıb. Nəticədə Bazarraqça cüdo yığmamıza ilk qızıl, Qurbanlı ilk gümüş medalı qazandırıb.

 

52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova da finalda uduzub. O, finalda türkiyəli İrəm Qorxmazla qarşılaşmadan məğlub ayrılan Əzizova gümüş medalla kifayətlənib.  

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR