Azərbaycan İslamiadada daha iki medal qazandı

Bakıda keçirilən IV İslam Oyunlarında Azərbaycan daha bir medal qazanıb.

 

APA TV-nin məlumatına görə, ağır atletika üzrə Azərbaycan yığma komandasının Səbinə Əzimova birdən qaldırma hərəkətində 75 kq-ın öhdəsindən gəlib. 17 yaşlı atletimiz təkanla qaldırma hərəkətində 101 kq-ı ram edib.

 

Toplam 176 kq (75+101) nəticə göstərən Səbinə Əzimova 53 kq çəki dərəcəsində 3-cü yerə çıxıb və İslam Oyunlarında üçüncü medalımızı qazanıb.

 

İkinci medal da ilk medalımız kimi stend atıcılığında əldə edilib. Qadınların səngər stendi yarışlarında çıxış edən Şəfəq Əmrahova yarışı gümüş medalla başa vurub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR