Bu axşam Sabir Bağında İran günü olacaq
Milli Turizm Təbliğatı Bürosu, öncədən də xəbər verildiyi kimi, İslamiada çərçivəsində Sabir bağında müxtəlif ölkələrə mədəniyyətlərini nümayiş etdirmək üçün imkan yaradıb.
APA TV-nin məlumatına görə, bu silsilədən olan ilk belə fürsət İran İslam Respublikasına verilib.
Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə bildirib ki, mayın 13-ü İranın mədəniyyət günüdür: "Bunu İran səfirliyi ilə birgə hazırlamışıq. Burada İran sənətkarlarının işləri, İranın tarixi, muzeylərdən gətirilmiş eksponatlar göstərilir. Mayın 14-də 11.00-dan 17.00-a qədər İndoneziya və Malayziya günləri olacaq. 18-i Misirin günü, 20-də Türkiyənin günü, son olaraq 21-i Azərbaycan günü olacaq”.
Sabir bağında şərti olaraq “İran küçəsi” yaradılıb. “Küçə”nin başında “Qurani-Kərim” qoyulub ki, bu da İranın müsəlman ölkəsi olduğunu simvolizə edir. Guşədə bu ölkənin mədəniyyətini təbliğ edən müxtəlif eksponatlar nümayiş olunur. Stendlərdəki əşyalar, kitablar İranına müxtəlif şəhərlərində yerləşən muzeylərdən gətirilib.
İran ədəbiyyatı, eləcə də xalça mədəniyyəti ilə maraqlananlar kitabları vərəqləyə bilərlər.
İran gününün rəsmi açılış mərasimi bu axşam gerçəkləşək. Etnik musiqi dinləmək istəyənlər Sabir bağına üz tuta bilərlər. Mərasimdə rəsmilərin və tanınmış iranlı idmançıların iştirakı da gözlənilir.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA