Yevlaxda şirkət əməkdaşları qəzaya düşdü: 5 ölü
Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində 5 nəfərin ölümü, 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin Qarabağ müxbirinin xəbərinə görə, Yevlax rayonunun Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Səfərov Ziyad Surxay oğlunun idarə etdiyi 20 CF 226 dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik maşını Tərtərin Cəmilli kənd sakini, 1992-ci il təvəllüdlü Zülqədarlı Zülqədar Üzeyir oğlunun idarə etdiyi 50 CE 046 nömrə nişanlı "VAZ-21015" markalı avtomobillə toqquşub.
Nəticədə hər iki minik maşınının sürücüsü və daha üç nəfər - "VAZ-2107"-nin sərnişini, Kəlbəcər rayonundan məcburi köçkün, 1961-ci il təvəllüdlü İlya Yunis oğlu Həşimov, digər maşındakı sərnişinlər - Mingəçevir şəhər sakini, 1988-ci ildə anadan olmuş Pərviz Fərəc oğlu Zeynalov və 1993-cü il təvəllüdlü Zahir Həsən oğlu Allahverdiyev hadisə yerində keçiniblər.
"VAZ-2107"-də olan digər sərnişin, Kəlbəcər rayonundan məcburi köçkün Tural Əliyar oğlu Alışanlı ağır bədən xəsarətləri ilə Mingəçevir şəhər Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. Qəza nəticəsində həyatını itirən şəxslərin meyitini hadisə yerinə cəlb olunmuş FHN-in xilasediciləri çıxarıb. Meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil verilib.
Qeyd edək ki, qəza zamanı həyatını itirən "VAZ-21015" markalı avtomobilin sürücüsü və sərnişinləri "Veysəloğlu" şirkətinin əməkdaşları olub. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA