Qətl törətmiş şəxs məhkəmədən qaçdı - ŞƏMKİRDƏ ŞOK HADİSƏ

Şəmkir rayon Məhkəməsində insident baş verib.

 

Lent.az xəbər verir ki, bu ilin yanvarın 11-də Şəmkir rayonu ərazisində Gəncə şəhər sakini olan taksi sürücüsü, 4 uşaq atası olan 59 yaşlı Namiq Babayevi quldurluq zəminində qətlə yetirən 21 yaşlı Eşqin Murtuzov dünən Şəmkir rayon Məhkəməsindən qaçıb.

 

N.Babayevin həyat yoldaşı Şəfəq Babayeva bildirib ki, dünən E.Murtuzov istintaq müddəti üçün barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı Gəncə İstintaq Təcridxanasından Şəmkir rayon Məhkəməsinə gətirilib. Məhkəmənin koridorunda nəzarətsiz qalan məhbus tez pəncərə istiqamətindən qaçıb.

 

Şəfəq Bayaeva iddia edib ki, E.Murtuzov qaçma planını əvvəlcədən hazırlayıb və ona kömək edənlər olub.

 

Hazırda onun tutulması istiqamətində iş aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR