Karapetyan: "Hər şey məhv ola bilər" - GÖYÇƏ QALXIR

Göyçə gölündə suyun səviyyəsi qalxıb. APA TV-nin məlumatına görə, bu barədə erməni mətbuatı yazır.


Göldə suyun səviyyəsinin ilk dəfədir bu həddə çatdığı qeyd olunur. Bunun ətrafda yerləşən yaşayış məntəqələrinə, həmçinin bir neçə böyük rayona ciddi təhlükə yaratdığı bildirilir.

 

Məsələ Ermənistan hökumətini hərəkətə keçirib. Baş nazir Karen Karapetyan faktla bağlı müvafiq qurumlara tapşırıqlar verib. Bundan başqa, o, məsələnin ciddiliyini öz "Facebook" səhifəsində də qabardıb və təhlükəni aradan qaldırmaq üçün hökumətin maliyyə problemi ilə üzləşdiyini etiraf edib: "Təhlükəni aradan qaldırmaq üçün maliyyə lazımdır. Biz problemi tez bir zamanda həll etməliyik. Suyun səviyyəsinin bu qədər qalxmasına indiyə qədər rast gəlinməyib. Qarşısı alınmasa, ciddi problemlər yaranacaq və əlavə olaraq böyük miqdarda maliyyə vəsaiti tələb olunacaq. Təhlükə planlaşdırdığımız layihələri, yol və yaxınlıqdakı yaşayış məntəqələrində kommunal infrastrukturları məhv edə bilər".



 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR