ABŞ Səudiyyə ilə silah ticarətini 300 milyard dollara çatdırmaq niyyətindədir
Vaşinqton Səudiyyə Ərəbistanı ilə silah təchizatı üzrə 100 milyard dollarlıq razılaşmanın bir addımlığındadır.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə xəbəri mətbuata Ağ Evdəki mənbələr ötürüb.
İddia edilir ki, 10 il ərzində təchizatın ümumi məbləği 300 milyard dollar təşkil edəcək.
Bundan əvvəl isə ilkin razılaşmaya görə, ABŞ-la krallıq arasında cəmi 12 milyardlıq silah ticarətinin həyata keçiriləcəyi açıqlanmışdı.
ABŞ həmçinin Səudiyyə ərazisində ilk dəfə THAAD raketdən müdafiə sistemləri yerləşdirəcək.
Xatırladaq ki, mayın 19-da ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına gedəcəyi gözlənilir. Bu, onun Ağ Ev rəhbəri qismində ilk rəsmi səfəri olacaq.
OXŞAR XƏBƏRLƏR
10:29
371
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
964
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
974
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1672
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1155
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1117