İslamiadanın açılış mərasimi 55 ölkədə izlənilib
Liviya maliyyə çətinliklərinə görə IV İslam Həmrəyliyi Oyunlarında iştirak edə bilməyib.
APA TV-nin xəbərinə görə, bunu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Mayk Loynd bu gün İslamiadanın açılış mərasimi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
"Küveytdə müəyyən hazırlıq işləri görülmüşdü. Sadəcə, onların məhkəmə işləri gedir. Bu üzdən burda iştirak şansları çətinləşib. Liviyada maliyyə çətinlikləri oldu. Sudanın bura gəlməməyinin səbəbi bəlli deyil" - deyən Mayk Loynd qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi dünyanın 55 ölkəsində izlənilib. O, mərasimin bütün dünyada insanların ürəyini fəth etdiyini söyləyib.
İslamiadanın Əməliyyat Komitəsinin idman şöbəsinin müdiri Mark Honeybunn yarışda ən çox Azərbaycan idmançılarının olduğunu söyləyib. O, yarışlarda 400-dən çox yerli idmançının mübarizə aparacağını vurğulayıb: “Bu gün 6 idman növündə finallar olacaq və 30 medal veriləcək. Böyük həvəslə başlayırıq”.
Oyunların Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva 54 ölkə nümayəndələrinin paytaxtımıza gəldiyini bildirib. O, dünən 8 ölkə nümayəndələrini qəbul etdiklərini söyləyib.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA