Neft bahalaşmağa başladı: Bağdad görüşündən dəstək açıqlaması
Dünya bazarında Brent markalı neftin qiyməti 50-51 dollar arasında dəyişir.
APA TV-nin məlumatına görə, dünən səhər seanslarında 51 dollardan satılan Brent nefti hazırda 50,86 dollardan təklif olunur.
Qərbi Texas neftinin qiyməti isə 47-48 dollar arasında dəyişir. WTİ neftinin birjalarda qeydə alınan son qiymətləri 47,88 dollar olub.
Bu gün birjalarda son satışlar həyata keçirilir.
OPEK-in noyabr anlaşmasının aprel ayından sonraya uzadılmasına ciddi yanaşılması həftə sonu qiymətlərin bahalaşmasına səbəb olub. İraq təmsilçisi Cabbar əl-Luabi və Əlcəzairdən Nurəddin Boutarfa Bağdadda mətbuat toplantısında istehsalın azaldılması razılaşmasının altı ay daha uzadılmasının dəstəklədiklərini açıqlayıb.
ABŞ-ın neft ehtiyatları isə bu həftə 3,2 faiz azalıb. Bütün bunlar neftin qiymətlərinin artmasına səbəb olur. Buna baxmayaraq, ABŞ-da neft hasil edən quyuların sayının artması qiymətlərin bahalaşmasının qarşısında əsas maneədir.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA