Moskvada geylərin petisiya tələbi: POLİSLƏ QARŞIDURMA

Moskvada Baş Prokurorluğa petisiya vermək istəyən LGBT fəallarından 5 nəfəri həbs olunub.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, onlar Çeçenistanda homoseksual hüquqlarının pozulmasına qarşı iki milyon imza toplayan petisiya vərəqələrini quruma təqdim etmək istəyib.

 

Moskva polisi isə aksiyanın icazəsiz olduğunu əsas gətirərək, aralarında bir italiya vətəndaşının da olduğu etirazçıları həbs edib.
 

Qeyd edək ki, aksiya zamanı saxlanılanların bir qismi sonradan azadlığa buraxılıb.

Xatırladaq ki, Rusiya mətbuatı aprel ayında Çeçenistanda cinsi azlıqların hüquqlarının kobud şəkildə pozulduğu və onların saxlanılaraq işgəncələrə məruz qaldığı barədə xəbərlər tirajlayıb.

Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinin qəbulunda yazılanları təkzib edib. Almaniya kansleri isə Kreml rəhbəri ilə Soçi görüşündə məsələni diqqətdə saxlamağı ondan xahiş edib.

 

"France24" isə Çeçenistanda saxlanılan cinsi azlıq nümayəndələrindən biri ilə reportaj edib və yayılan xəbərlərin doğru olduğu ortaya çıxıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR