Rusiyadan nənəsigilə qonaq gələn 3 yaşlı uşağın faciəli ölümü: hovuzda boğuldu
Göygöldə 3 yaşlı uşaq hovuza düşərək boğulub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Valideynləri ilə Rusiyanın Rostov şəhərindən kənddə olan nənəsigilə qonaq gələn, 2013-cü il təvəllüdlü İsgəndərov Ayxan Rauf oğlu həyətdə oynayan zaman top su hovuzuna düşüb. Topu götürmək istəyən balaca suya yıxılıb. Həyətdə heç kəs olmadığından evdəkilər Ayxanın səsinin gəlmədiyini görəndə onu axtarmağa başlayıblar və uşağın hovuzda boğulduğunu görüblər. 3 yaşlı Ayxan dərhal xəstəxanaya aparılsa da, öldüyü məlum olub.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
10:29
378
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
970
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
978
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1673
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1155
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1117