“Maşın Şou”da kimlər iştirak edəcək? - MURAD DADAŞOVDAN AÇIQLAMA
“M Group Production”ın komandası var gücü ilə “Maşın Şou”nun 14-cü mövsümünə hazırlaşır.
APA TV-nin məlumatına görə, bu layihə həm də televiziya mövsümünü tamamlayacaq.
Ölkənin ən reytinqli şousu canlı yayıma hazırlaşır. Şounun aparıcısı Murad Dadaşov bəzi media resursları tərəfindən iştirakçıların adlarının çəkilməsi ilə bağlı bildirib ki, “MGP”nin prodüserləri Murad Dadaşova 120 nəfərdən ibarət siyahı təqdim edib. Siyahıda Murad Dadaşovun etiraz etmədiyi insanlar var. Hazırda ulduzlarla prodüserlər arasında son danışıqlar aparılır. Maşın ətrafında kimlərin toplaşacağı 28 May, yəni şounun ilk günündə bəlli olacaq.
Qeyd edək ki, “Maşın Şou” mayın 28-dən etibarən hər axşam saat 22:00-da, ATV kanalında yayımlanacaq. Şounun informasiya dəstəyi APA TV-yə məxsusdur.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA