Evinə oğru girdi, polisə müraciət etdi, özü tutuldu - KURYOZ
Ağsuda oğurluq hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağsu rayonunun Qaraqaşlı kənd sakini Sədaqət Qədirov Ağsu Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, mayın 10-da gecə saatlarında naməlum şəxslər onun evinin pəncərəsini sındıraraq içəri daxil olub və oradan 200 manat pul, 2 ədəd qızıl üzük oğurlayıblar.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qaraqaşlı kənd sakinləri - 22 yaşlı Şamxal Məmmədov, 28 yaşlı Elçin Abdullayev və 33 yaşlı İlkin Fərəcov tutulub. Onlardan 5 ədəd qumbara, 1 ədəd kustar üsulla düzəldilmiş tapança və 4 ədəd alışdırıcı götürülüb.
Onlar silah-sursatı oğurluq etdikləri evdən, yəni Sədaqət Qədirovun mənzilindən oğurladıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları Sədaqət Qədirovun evinə baxış keçirən zaman oradan 25 ədəd pulemyot patronu və 1 ədəd qumbara alışdırıcısı aşkar edərək götürüblər.
Sədaqət Qədirovun qızı Səbuhə Yusifova APA TV-yə bildirib ki, oğurluq edən şəxslərə rəhbərlik edən Şamxal Məmmədov onun bibisi oğludur. Onun sözlərinə görə, Şamxal Məmmədov dostları ilə birgə atasının evinə daxil olaraq oradan qızıl-zinət əşyaları və 200 manat pul oğurlayıblar, sonra isə atasını şərləmək üçün evin həyətinə pulemyot patronlarını ataraq qaçıblar. Şamxal həmin silah-sursatı hərbi xidmətdə olarkən oğurlayıb gətirib və burada gizlədib: “Polis əməkdaşları atamı da həbs edib, araşdırma aparılır. Atamın tapılan silah-sursatla heç bir əlaqəsi yoxdur. Mənim 21 yaşım var, hələ həyətimizdə silah görməmişəm. Yoxlama zamanı güllələrin üzərində Şamxalın əl izləri aşkar edilib. Onun əvvəllər atamla münasibəti yox idi, aralarında soyuqluq var idi. Şamxal dostları ilə birgə atamı şərləyərək həbs etdirmək üçün ona qarşı çirkin plan qurub. Şamxal valideynini itirdiyi üçün bizim evdə yaşayıb, atam həmişə ona öz balası kimi baxıb. İndi bizə qarşı düşmənçilik edir”.
Şamxal Məmmədovun nənəsi Tənzilə Məmmədova hadisə barədə eşidərkən çox pis olduğunu deyib. O, Şamxalın əvvəllər öz bibisi Şölənin evindən də oğurluq etdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA