Qızlar, pivə, dərman: Türkiyə vətəndaşının Bakıdakı "kef məclisi"nin sonu...
Bakıda əcnəbi vətəndaşın yaşadığı evdən oğurluq edən iki qadın həbs edilib.
APA TV-nin xəbərinə görə, polisə müraciət edən şəxs qadın tanışları evdən gedəndən sonra 150 manat, 4500 ABŞ dolları pul və 2 ədəd mobil telefonunun oğurlandığını bildirib.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da rayon ərazisində kirayədə yaşayan əcnəbi vətəndaşın evindən oğurluq etməkdə şübhəli bilinən Qazax rayon sakini Günay Əliyeva tutulub: "Məftunə türkün pivəsinə dərman qatdı. Vəziyyəti pisləşdi. Məftunə keçdi şkafın içinə. Nə qədər pul götürdüyünü bilmirəm, amma 150 manat verdi. İki telefon da götürdük. Taksiyə oturub gəldik evə".
İstintaqla müəyyən olunub ki, Türkiyə vətəndaşında kifayət qədər pulun olduğunu bilən Gəncə şəhər sakini Məftunə Mehdiyeva rəfiqəsinə onun başını qatmağı tövsiyə edib. Yıldız Süreyya Ziya növbəti pivəni gətirməyə gedən kimi biri pusquda durmaqla digəri onun bakalına yuxu dərmanı atıb: "WhatsApp" vasitəsilə tanış olmuşdum türklə. Dedi gələ bilərsən? Dedim tək deyiləm, bir nəfər rəfiqəm də var, rayondan gəlib. Dedi ikiniz də gəlin. Onunla bərabər gəldik".
Qısa zaman ərzində yuxuya gedən Yıldız Süreyya Ziya ayılanda çağırdığı qonaqların evdə olmadığını görüb. Evin qarışıq olduğundan şübhələnən əcnəbi mobil telefonlarının və pullarının yoxa çıxdığını görüb.
Polis bu şəxslərin analoji cinayətlərdə iştirak etdiyini istisna etmir. Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA