Azərbaycanda Ermənistan istehsalı olan spirtli içkilər tutulub

Bu ilin aprel ayı ərzində dövlət sərhədini pozduqlarına görə 40 nəfər saxlanılıb.

 

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, saxlanılanların 13 nəfəri Azərbaycan, 5 nəfəri İraq, 4 nəfəri Özbəkistan, 4 nəfəri Tacikistan, 3 nəfəri Pakistan, 3 nəfəri İran, 2 nəfəri Gürcüstan, 2 nə­fəri Nigeriya, 2 nəfəri Qana, hər ölkədən 1 nəfər olmaqla Türkiyə, Kamerun vətəndaşları ol­ublar.


Sərhəd-rejim qaydalarını pozarkən 672 halda 854 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

 

Cina­yətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində axta­rışda olan 323 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.


Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 kq 046,3 qram narkotik maddə aşkar edilərək götürül­üb.


Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təq­ribən 555 min 368 manat olan qaçaqmal, 2 ədəd tüfəng, 1 ədəd tapança, 2 ədəd pnevmatik tapança, 3 ədəd tank əleyhinə mina, 775 ədəd patron, 1 ədəd tapança darağı, 1 ədəd ov bıçağı, 1 ədəd optik cihaz, 1 ədəd kompas, 710000 Rusiya rublu, 4980 qram civə, 44 ədəd gümüş əşya, 10 ədəd qayıq, 7 ədəd elektron kassa aparatı, 12 kiloqram zəli, 14171 qutu siqaret, 79 ədəd mobil telefon, 15660 ədəd müxtəlif növ dərman prepa­ratları, 17 ədəd Ermənistan istehsalı olan spirtli içki, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR