Keçmiş əməkdaşları şirkəti talan etdi
Goranboyda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib. APA TV-nin qərb bürosunun məlumatına görə, rayon polis şöbəsinə daxil olan şikayət əsasında yerli şirkətlərdən birindən elektrik kabellərini oğurlamaqda şübhə bilinən 5 nəfərdən ibarət dəstə müəyyənləşdirilib.
Dəstə üzvləri mayın 1-dən 2-nə keçən gecə rayonun Xoylu kəndi ərazisindən xeyli miqdarda naqili oğurlayaraq satıb. Təxminən 5 gün sonra eyni əməli təkrar törətmək istəyən dəstənin növbəti planı baş tutmayıb. Müəyyən edilib ki, oğurluq cinayətini törədənlər şirkətin keçmiş əməkdaşlarıdır.
Goranboy Rayon Polis Şöbəsinin İstintaq bölməsinin rəisi Elçin Əzizov bildirib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, hər iki cinayət hadisəsini Gəncə şəhər sakinləri Mirzəyev Röyal Rövşən oğlu, Həsənov Simran Cəmil oğlu, Məmmədov Samir Mirabbas oğlu, Rzayev Zorxan Vaqif oğlu və Haqverdiyev Şükür Sabir oğlu bir təşkil edərək törədiblər.
Polis əməkdaşları elə ilk cəhddəcə dəstənin qohumluq əlaqəsi olan iki üzvünü - 25 yaşlı Röyal Mirzəyevi və 29 yaşlı Simran Həsənovu saxlayıb. Qrupun digər üzvləri - 32 yaşlı Samir Məmmədov, 18 yaşlı Zorxan Rzayev və 27 yaşlı Şükür Haqverdiyevin barəsində isə axtarış elan olunub. Saxlanılan Röyal Məmmədov oğurluq etmələrini etiraf edib: "Gəldik Xoyludan kabeli götürdük. Aparıb satdıq. Adama 350 manat pul düşdü. Əməlimdən çox peşmanam".
Simran Həsənov da bənzər ifadə verib: "Mən Xoyluda işləyirdim. Pulumu vermədilər deyə, oğurluq etdim. Əməlimdən çox peşmanam".
Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. İş üzrə istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA