Romada partlayış, Avstriyada banka hücum: AVROPA YENƏ HƏYƏCAN İÇİNDƏ

Avstriyanın Erpfendorf şəhərində naməlum şəxslər banka hücum edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, silahlıların binadakıları girov götürdüyü ehtimal edilir.

 

Polis binanın ətrafını mühasirəyə alıb və bina daxilində olanların siyahısı dəqiqləşdirilir.

 

İtaliya paytaxtında isə partlayış törədilib. Hadisə Romanın Marmorota küçəsində qeydə alınıb.

Partlayış BMT-nin nümayəndəliyinin binasının, poçt şöbəsinin yaxınlığında baş verib. Biri poçtun xidməti maşını olmaqla, iki avtomobilin arasına partlayıcı qurğu yerləşdirilib.

Avtomobillər yararsız hala düşüb, xəsarət alan yoxdur.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR