Ağ xalatın cibində tutuldu: "Cibgir Möhübbət" ələ keçdi

Sabunçu RPİ-nin əməkdaşları 60 yaşlı Möhübbət Əhmədovu şübhəli şəxs qismində saxlayıblar.

 

APA TV-nin xəbərinə görə, cibgir kimi tanınan Möhübbət əvvəllər iki dəfə məhkumluq həyatı yaşayıb.

 

İki uşaq atası olan Əhmədov ət dükanında satıcı qadının cibindən pul oğurlamaqda təqsirli bilinir. Sabunçu qəsəbəsi Şəhər şosesində yerləşən ət dükanına gələn saxlanılan şəxs ət almaq bəhanəsi ilə satıcı qadının başını qatıb. Zərərçəkən Çimnaz Əsədovanın xalatının cibində olan pulları çıxardıqdan sonra hadisə yerindən uzaqlaşıb. Nəticədə Əsədovaya 2310 manat maddi ziyan dəyib. İbtidai istintaq zamanı Möhübbət Əhmədov törətdiyi cinayət əməlini etiraf edib.

 

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırılır. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR