Ərdoğan: "ABŞ-la münasibətlərimizə nöqtə qoya bilərik"

"Trampla görüşümüz vergül deyil, nöqtə mənasında olacaq".

 

APA TV-nin məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfər öncəsi açıqlamasında bildirib. ABŞ ziyarətini qiymətləndirən Ərdoğan, əsas müzakirələrin Suriya problemi və Fəthullah Gülənin təhvil verilməsi məsələsi olacağını deyib: "ABŞ hələ keçid dövrünü yaşayır. Buna görə bizim çox diqqətli, çox həssas olmağımız lazımdır. Trampla görüşümüz vergül deyil, nöqtə dəyərində olacaq. Bizi YPG-yə verilən ağır silahlar narahat edir. Bu bizim ABŞ-la strateji müttəfiqliyimizə, əlaqələrimizə tərs düşən haldır. Bir terror təşkilatını hədəfə alaraq, digər terror təşkilatı ilə əməkdaşlıq etmək yanlış siyasətdir".

 

Ərdoğan İraqda həyata keçirilən hava hərəkatının hər zaman yenidən keçirilə biləcəyini deyib. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR