BDU-nun Jurnalistika fakültəsinə yeni dekan təyin olundu

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə dekan əvəzi təyin olunub. Bu barədə APA TV-yə universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.

 

O bildirib ki, bu vəzifəyə fakültənin Beynəlxalq jurnalistika fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Vüqar Zifəroğlu təyinat alıb. Bu gün o, kollektivə təqdim edilib: "Vüqar Zifəroğlu bu vəzifəni oktyabradək icra edəcək. Oktyabrda dekan vəzifəsinə seçki keçiriləcək".

 

Qeyd edək ki, Vüqar Zifəroğlu dəfələrlə APA TV-nin müxtəlif proqramlarında ekspert kimi çıxış edib. İndiyədək bu vəzifəni professor Cahangir Məmmədli tuturdu.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR