Velosiped və toyuq oğrusu ələ keçdi

Xaçmaz rayonunda silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxslər saxlanılıb.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 oğurluq faktının üstü açılıb.

 

Xaçmaz şəhər sakini Zeynalov Zaur Seyfəddinoviç polisə müraciət edərək ona məxsus mağazadan ümumi dəyəri 231 manat olan 33 ədəd toyuğun oğurlandığını bildirib.

 

Həmin gün Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Seyidəliyev Mübariz Seyidbala oğlunun da velosipedi oğurlanıb.

 

Hər iki faktla bağlı aparılan araşdırma nəticəsində hadisənin Köhnə Xaçmaz kənd sakini Asəf Bəybala oğlu Nəbiyev tərəfindən törədildiyi müəyyənləşib.

 

Bundan əlavə, Gəncə şəhər sakini Cümşüdov Cavid Əbülfəs oğluna məxsus yeni tikilən evdən istilik sistemlərinə aid ehtiyat hissələrini oğurlayan 14 və 15 yaşlı iki azyaşlı da saxlanılıb.

 

Xaçmaz şəhər sakini Dəyanət Tağıyevə məxsus kommersiya mağazasından ümumi dəyəri 600 manatlıq istilik sistemlərini oğurlayan iki nəfər də həbs olunub. Xaçmaz RPİ-nin İstintaq bölməsinin rəis əvəzi Etiqat Bayramovun sözlərinə görə, istintaq tədbirləri zamanı oğurluğun Qafarov Röyal Aslan oğlu və Qədirov Orxan Mahmud oğlunun törətdiyi aşkarlanıb: "Hər iki şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə şübhəli şəxs qismində tutulublar. İstintaq davam etdirilir".

 

Hər üç faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR