Yağış səngiyəcək, hava küləkli olacaq

Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə bildirilib ki, gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.

 

Havanın temperaturu gecə 12-15, gündüz 19-24, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən, hava yağmursuz olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.  

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR