Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunları başlayır
Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları başlayır.
APA TV-nin xəbərinə görə, İslamiada çərçivəsində 54 ölkədən 3000 nəfərə yaxın idmançı 24 idman növü üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaq. Ən çox medal dəsti atıcılıq və atletika yarışlarındadır.
Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir. Ən çox idmançı ilə Türkiyə təmsil olunur - 345 nəfər. İdmançıların sayına görə üçüncü yerdə 300 atletlə İran qərarlaşıb. Qaliblərə 1600 medal təqdim ediləcək.
Yarışlar Bakının ən müasir 16 idman meydançasında baş tutacaq. IV İslam Həmrəyliyi Oyunları dünyanın dörd qitəsində canlı yayımlanacaq, 1,3 milyarddan artıq tamaşaçı izləmək fürsəti qazanacaq.
Bu gün axşam saat 21.00-da Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA