"Eurovision" iştirakçısı səhnəyə hamilə çıxdı, evlilik təklifi aldı
Ötən axşam "Eurovision" yarışmasının ikinci yarımfinal mərhələsi yayımlanan zaman maraqlı hadisə baş verib.
APA TV-nin məlumatına görə, Makedoniya təmsilçisi Yana Burçeska canlı efirdə evlilik təklifi alıb.
Çıxışlardan bitdikdən sonra səsvermə başlayıb. Fasilədən istifadə edən aparıcılar Makedoniya nümayəndə heyətinin əyləşdiyi masaya yaxınlaşıb. Daha sonra onun hamilə olduğunu qeyd edən aparıcı uşağın atasının kim olduğunu soruşub. Yana isə yanında əyləşən Aleksandrı göstərib. Aleksandr mikrofonu götürərək, qəfildən cibindən üzük olan qutu çıxarıb, diz üstə çöküb və Yanaya evlilik təklifi edib. Xanım dərhal razılaşıb.
Təşkilatçıların sözlərinə görə, bu, "Eurovision" mahnı yarışmasının tarixində yaşanmış ilk belə hadisədir.
OXŞAR XƏBƏRLƏR
10:29
373
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
968
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
976
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1672
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1155
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1117