ABŞ-ın ilk silah partiyası Suriya kürdlərinə çatdı - ANKARA NƏ DEYƏCƏK?

Pentaqon Suriyanın şimalındakı kürd silahlı birləşmələri olan PYD/YPG-nin ağır silah və texnika ilə təchizatının ilk mərhələsini həyata keçirib.

 

APA TV-nin məlumatına görə, ABŞ-ın Yaxın Şərqdəki bazalarından təyyarələrlə İraq Kürd Muxtariyyətinin ərazisindəki Ərbil hava limanına endirildikdən sonra Suriyaya göndərilib. Mənbələr silah-sursatın YPG-yə çatdığını bildirir.

 

Fotolardan ilk təchizatda zirehli maşınlar, tank  əleyhinə raketlər, havadan müdafiə raketləri, haubitsaların olduğu görünür.

 

Pentaqonun sözçüsü silah çatdırılmasını təsdiqləyib və YPG-yə veriləcək silahlar arasında qumbaraatanların və tank əleyhinə raketlərin olacağını deyib.

Xatırladaq ki, Türkiyə PYD/YPG qruplaşmasını PKK terror təşkilatının qanadı elan edib. Sözü gedən məsələ rəsmi Ankara və Vaşinqton arasında narazılığa səbəb olub.  

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR