Azərbaycanlı müğənninin övladlarının adları Türkiyədə maraqla qarşılandı

Müğənni Elnarə Xəlilova əməkdar artist Azərinin "TRT Avaz" telekanalında yayımlanan “Azərinlə tək ürək” proqramının qonağı olub.

 

APA TV-nin məlumatına görə, azərbaycanlı müğənni ilə yanaşı, proqramda türkiyəli sənətçi Adilə Kurt Karatəpə də iştirak edib.

 

"TRT Avaz"ın Azərbaycan siması olan Elnarə Xəlilova yaradıcılığından danışıb, sevilən mahnılarını ifa edib.

 

Proqramın gedişatında Elnarə övladlarından da bəhs edib. Azərbaycanlı sənətçinin övladlarına qoyduğu qədim türk adları türkiyəli izləyicilərin diqqətini cəlb edib. Onlar sosial şəbəkələrdə “Azeri sanatçının türk adlı evlatları” başlığı ilə bu barədə fikirlərini bölüşüblər.

 

Xatırladaq ki, teleaparıcı Rövşən Cahangirovla ailəli olan Elnarənin Burla Xatun adlı qızı, Tuğər, Öndər və Ərtoğrul adlı oğlan övladları var. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR