ABŞ-ın ehtiyatlarının azalması nefti bahalaşdırır

ABŞ-ın kommersiya neft ehtiyatlarının kəskin azalmasının birjalara təsiri davam edir.

 

APA TV-nin xəbərinə görə, uzun fasilədən sonra “Brent” markalı neftin qiyməti 51 dollar səviyyəsini keçib. Axşam seanslarında bu markadan olan neftin 1 bareli 51,05 dollardan satılıb.

 

Qərbi Texas nefti də 48 dollar səviyyəsini keçməyə müvəffəq olub. Son 24 saat ərzində WTİ neftinin maksimum qiyməti 48,14 dollar olub. Səhər seanslarında qiymətlər bir qədər ucuzlaşsa da, bahalaşma trendinin gün ərzində davam edəcəyi gözlənilir.

 

Bu gün ABŞ-da hasilata cəlb olunan neft buruqlarının sayına dair növbəti hesabat açıqlanacaq. Analitiklər buruqların sayının bu həftə də artacağını proqnozlaşdırır. Qeyd edək ki birjalarda son satışlar bu axşam keçiriləcək. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR