Mahmud Abbas: "Moskva Fələstin-İsrail münaqişəsinə müdaxilə etməlidir"
"Fələstin-İsrail münaqişəsinin həlli yolu yalnız iki müstəqil dövlətin mövcudluğundan keçir. Bu dövlətlərin mövcudluğu regionda təhlükəsizliyin təmini üçün vacib şərtdir".
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Fələstin lideri Mahmud Abbasla görüşü zamanı bildirib.
O qeyd edib ki, münaqişənin həlli istiqamətində danışıqlar yalnız beynəlxalq hüquqa əsaslanmış şəkildə aparılmalıdır.
Öz növbəsində Mahmud Abbas isə mövcud münaqişənin həllinin Moskvanın iştirakı olmadan mümkünsüzlüyünə diqqət çəkib. M. Abbas qeyd edib ki, hazırda ən vacib prioritet dünya ictimaiyyətinin terrorçuluqla birgə mübarizəsidir.
Muxtariyyət lideri eyni zamanda İsraildəki həbsxanalarda yüzlərlə fələstinlinin qeyri-insani şəraitdə saxlanıldığını, aclıq aksiyası keçirdiyini qeyd edib.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA