Türkiyə ilk ballistik raketini sınaqdan keçirdi - SINAQ ANI

Türkiyə ilk ballistik raketin sınağını keçirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, milli müdafiə naziri Fikri İşıq ölkənin ilk uzaq mənzilli raketi "Bora"nın Sinopda uğurla sınaqdan keçirildiyini açıqlayıb. "Bora" raketi "Roketsan" şirkəti tərəfindən istehsal edilib.

 

"Sinopda 280 km mənzilli "Bora" raketimizin yeni atışı həyata keçirildi. Hazırda Qara dənizdəki hədəfinə düşmək üzrədir. Türkiyə artıq öz ballistik raketini istehsal edir. Daha yaxşısını istehsal etmək üçün böyük özünəinam qazandıq" - deyə nazir qeyd edib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR