“Eurovision-2017” müsabiqəsinin II yarımfinalı keçirilib
Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
APA TV-nin məlumatına görə, ikinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışıb. Yarımfinalda Makedoniya, Malta, Hollandiya, Serbiya, Danimarka, Rumıniya, Macarıstan, Avstriya, İrlandiya, Estoniya, İsrail, Bolqarıstan, San Marino, Litva, Xorvatiya, Norveç, Belarus nümayəndələri çıxış edib.
Çıxışlardan sonra keçirilmiş 15 dəqiqəlik səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Bolqarıstan, Belarus, Xorvatiya, Macarıstan, Danimarka, İsrail, Rumıniya, Norveç, Niderland və Avstriyadır.
Beləliklə, mayın 13-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub.
İkinci yarımfinal gecəsində maraqlı an da yaşanıb. Belə ki, canlı yayımda Makedoniya təmsilçisi olan Yana Burçeskaya sevgilisi tərəfindən evlilik təklifi edilib. İştirakçının yanında oturan Aleksandr adlı bir gənc kamera qarşısında üzük olan bir qutunu cibindən çıxardaraq Yanadan ona ərə gəlməsini istəyib. Xanım müğənni də dərhal razılıq cavabı verib. Təşkilatçıların sözlərinə görə, bu, "Eurovision" mahnı yarışmasının tarixində yaşanmış ilk belə hadisədir.
Xatırladaq ki, Azərbaycanı “Eurovision-2017” mahnı müsabiqəsində “Skeletons” mahnısı ilə təmsil edən Diana Hacıyeva mayın 9-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA