Trampdan sərt FTB qərarı: "Onsuz da onu kənarlaşdıracaqdım"
ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) dierktoru Ceyms Komini vəzifəsindən kənarlaşdırıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, D.Tramp bu qərarının səbəblərini "NBC" telekanalına müsahibəsində açıqlayıb və bildirib ki, tutduğu vəzifəsinin öhdəsindən lazımınca gələ bilmədiyi üçün o, C.Komini çoxdan uzaqlaşdırmaq istəyirmiş.
Ağ Ev başçısının sözlərinə görə, FTB rəhbərliyinin dəyişdirilməsini ona ABŞ baş prokuroru tövsiyə etsə də, qəti qərarı D.Tramp özü verib.
"O çox təkəbbürlü idi və özünü reklamla məşğul olurdu. FTB-də tam özbaşınalıq var idi - bunu siz də bilirsiniz, mən də bilirəm. Tövsiyə olunmasaydı belə mən onu kənarlaşdırmağa hazırlaşırdım", - D.Tramp belə deyib.
Prezidentin rəqibləri isə hesab edir ki, Kominin işindən qovulması ilə D.Tramp, seçkiöncəsi kampaniyalarda Rusiyanın ehtimal olunan müdaxiləsi ilə bağlı FTB-nin araşdırmalarını ört-basdır etmək istəyib.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA