Sülhməramlılara Afrikada atəş açıldı, ölənlər var
BMT-nin Mərkəzi Afrika Respublikasındakı sülhməramlılarına edilmiş hücum nəticəsində 5 nəfər ölüb.
APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlama yayıb.
Məlumata görə, BMT-nin bu ölkədəki sülhməramlılarından (MINUSCA) ibarət hərbi karvanına naməlum silahlılar tərəfindən edilmiş hücum nəticəsində ölənlərdən dördü Kambocadan, bir nəfəri isə Mərakeşdən olub.
Yoqofonqo şəhərində baş vermiş hücumun arxasında "Antibalaka" üsyançı xristian qruplaşmasının dayandığı ehtimal edilir. Silahlı qarşıdurma zamanı üsyançılardan da 8 nəfəri zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR
10:29
407
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
988
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
996
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1677
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1156
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1119