Bakıda qəza: sürücü öldü, sərnişini yaralandı
Bakının Xətai rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, ağır avtoqəza Nobel prospektində, Neft Emalı Zavodunun qarşısında qeyə alınıb.
1968-ci il təvəllüdlü Qarayev Fərahim Nazim oğlunun şəhərin mərkəzindən Zığ yolu şossesi istiqamətində idarə etdiyi "22-BE-411" qeydiyyat nişanlı, "Oka" markalı minik maşını sürücünün idarəetməsindən çıxaraq yerüstü piyada keçidinin sütununa çırpılıb.
Hadisə nəticəsində sürücü və onun sərnişini 37 yaşlı Abbasova Alidə Abbas qızı xəsarətlə xəstəxanaya çatdırılsa da, F.Qarayev yolda dünyasını dəyişib.
Yol qəzasının təfərrüatlarını Xətai RPİ-nin istintaqçıları araşdırır.
OXŞAR XƏBƏRLƏR
10:29
407
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
988
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
996
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1677
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1156
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1119