Hindistanda divar adamların üstünə uçdu: 24 ölü
Hindistanda toy mərasimlərinin birində baş vermiş bədbəxt hadisə zamanı, dördü uşaq olmaqla, azı 24 nəfər dünyasını dəyişib.
APA TV "Euronews"a istinadən xəbər verir ki, toy şənliyindəki masalar açıq səma altında, çoxmərtəbəli bir binanın yaxınlığında qurulubmuş. Bu vaxt güclü yağış yağıb və yağış suları 30 metr hündürlüyündə olan daş divarın insanların üstünə uçmasına səbəb olub. Hadisə nəticəsində təxminən 30 nəfər də xəsarət alıb. Onların hamısı xəstəxanaya çatdırılıb.
Faktla əlaqədar yerli hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Uçmuş binanın sahibi çox sayda insanın ölümündə günahkar bilinərək məsuliyyətə cəlb olunub.
OXŞAR XƏBƏRLƏR
10:29
408
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
988
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
996
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1677
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1156
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1119