Ağstafa sakinini elektrik vurdu

Ağstafa sakini elektrik cərəyanı vurması nəticəsində ölüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qırlı kəndində baş verib.

 

51 yaşlı Tapdıq Süleymanov yaşadığı evin həyətində elektrik naqillərini birləşdirmək istəyərkən ehtiyatsızlıq davranıb və onu cərəyan vurub. Tapdıq Süleymanov hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

                                                                                                         

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR