"NATO Suriya və İraqdakı əməliyyatlara qoşulmayacaq" - STOLTENBERQ AÇIQLADI

"Suriya və İraqda hətta koalisiya qüvvələri İŞİD-ə qarşı quru əməliyyatı keçirsə belə NATO buna qarışmayacaq". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu açıqlamanı Alyansın baş katibi Yens Stoltenberq verib.

O əlavə edib ki, hərbi ittifaq yalnız texniki dəstək və təlimlərlə kifayətlənəcək.

Bundan başqa Yens Stoltenberq qərarın Brüsseldə qurumun mayın 25-də keçiriləcək sammitinə qədər qəbul olunacağını bildirib: "Əgər NATO koalisiya qüvvələrinə qoşulsa, bu, Alyansın rolunu dəyişə bilər. Buna görə də üzv dövlətlərdən heç biri sözü gedən məsələ ilə əlaqədar bizdən heç nə tələb etməyib".
 

Xatırladaq ki, NATO üzvü olan ölkələrin nümayəndələrinin görüşündə ABŞ tərəfi müttəfiqləri İŞİD-ə qarşı daha ciddi mübarizəyə çağırıb.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR