Toylara dəvət etmədilər, oğurluq etdi - BAKIDA QƏZƏLXAN TUTULDU
Məclislərə qəzəlxan kimi gedən Elməddin Nagimov saxlanılıb. Son vaxtlar toylara dəvət almaması onu oğurluq etməyə vadar edib.
İlk əməli uğurlu alınıb. Ev sahibinin evdə olmadığını bilən saxlanılan şəxs içəri girməklə oradan əliboş çıxmayıb: "Evə arxa pəncərədən daxil olmuşam. Gördüm getdilər, girdim evə. Axtardım evi. Qaz sobasının yanında idi pul. Götürdüm getdim".
Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları rayon ərazisindəki 3 evdən pul, qızıl əşyaları və qaz sayğacı, habelə Bakı şəhər sakini olan bir qadının içərisində 500 manat pul və ərzaq məhsulları olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elməddin Nagimov 4-cü oğurluq hadisəsindən sonra yaxalayıblar: "Evdən pul götürmüşəm 500 manat, supermarketdən 500 manat, kabel, motor, qaz sayğacı və s. Günün günorta cağı idi. Qadın gəldi, əlində kitabça vardı. Götürdüm getdim".
İdarədən bildirdilər ki, 34 yaşlı Elməddin Nagimovun digər cinayətlərdə iştirakı istisna olunmur. Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA