Qubada 4 yaşlı uşağın meyiti tapıldı

Quba rayonunda 4 yaşlı uşağın meyiti tapılıb. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə rayonun Bərqov kəndində qeydə alınıb.

 

Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafayev Fuad Həbib oğlunun meyiti evlərinin yaxınlığında aşkar edilib. Ailə üzvləri uşağın meyitini Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparıblar.

 

Quba rayon Prokurorluğundan verilən məlumata görə, uşağın ölüm səbəbini müəyyənləşdirmək üçün müvafiq tibbi ekspertiza təyin olunub.

 

Bir müddət sonra 4 yaşlı uşağın meyitini tapan şəxs saxlanılıb. Qubanın Çılğır kənd sakini, 1990-cı il təvəllüdlü Məlikov Xəyyam Yarəhməd oğlu uşağın meyitini tapıb ailəsinə verdikdən bir neçə saat sonra saxlanılıb. Faktı Çılğır kənd bələdiyyəsinin sədri Cahangir Məmmədov da təsdiqləyib.

 

Quba rayon Prokurorluğu saxlanılan şəxslə bağlı açıqlama verməkdən imtina edib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR