Avropa İttifaqı ölkələrinə vizasız səyahətin müddəti açıqlandı - UKRAYNALILAR ÜÇÜN

Avropa İttifaqı Şurası Ukrayna ilə vizasız rejimi təsdiq edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sənədin hüquqi qüvvə qazanması üçün Avropa Parlamenti sədrinin, habelə ittifaqa sədrlik edən Maltanın baş naziri tərəfindən imzalanması vacibdir.

 

Sənəd üzərində hüquqi prosedurlar bitdikdən 20 gün sonra Ukrayna vətəndaşları ittifaq ölkələrinə vizasız gedə biləcək. Bununla belə, bir vətəndaşın Avropaya vizasız səyahətinin müddəti 90 günlə məhdudlaşacaq.

 

Qeyd edək ki, Ukrayna ilə Avropa İttifaqı arasında viza danışıqları 2008-ci ildən başlanılıb.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR