Qaxda qoyun otaran kişini ilan sancdı

Qaxda qoyun otaran 40 yaşlı kişini ilan sancıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Kəlbəcər rayonundan olan məcburi köçkün, hazırda rayonun Almalı kəndində yaşayan 1977-ci il təvəllüdlü Yaşar Hüseyn oğlu Həşimov kəndin inzibati ərazisində qoyun otararkən baş verib.

 

İlan qəfildən onun sağ ayağının topuq nahiyəsindən sancıb. Yaşar Həşimov yaxınlarının köməkliyi ilə Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıb.


Xəstəxanadan bildirilib ki, Yaşar Həşimova lazımı tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Onun vəziyyətinin hazırda orta-stabil olduğu bildirilir.

 

 

 

 

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR