İslamiadada I yeri tutan Azərbaycan idmançıları 150 min manat alacaq - SƏRƏNCAM
Prezident İlham Əliyev Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
APA TV-nin məlumatına görə, birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat, ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat veriləcək.
Dövlət başçısı İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi də IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan idmançıları və onların məşqçilərini IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək üçün ən yüksək nəticələrə görə mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
- birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
- ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
- üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA