Tramp Ukraynanın xarici işlər nazirini qəbul etdi: LAVROVDAN SONRA
ABŞ prezidenti Ağ Evdə Ukraynanın xarici işlər naziri Pavel Klimkini və adı çəkilən ölkənin Vaşinqtondakı səfiri Valeri Çalını qəbul edib. APA TV-nin məlumatına görə, görüşdə Ukraynadakı vəziyyət müzakirə olunub.
Ukraynalı diplomat həmçinin ABŞ-ın vitse-prezidenti Maykl Penslə də görüşüb. Əsas müzakirələr Donbasda baş verən hadisələr ətrafında aparılıb.
Pens Minsk razılaşmalarına əməl olunmasını Ukraynada sülhün əldə edilməsinin ən uğurlu yolu hesab etdiyini vurğulayıb. O əlavə edib ki, Vaşinqton Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Donbasda münaqişəyə son qoyulması üçün bütün səylərini ortaya qoyacaq.
Xatırladaq ki, bu görüşlərdən əvvəl Rusiyanın xarici işlər naziri də Ağ Evdə olub, Lavrov həmçinin Amerikalı həmkarı Tillersonla da bir araya gəlib.
OXŞAR XƏBƏRLƏR
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA