Jurnalistlərə mənzillərin nə vaxt paylanacağı açıqlandı
Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci binanın istifadəyə veriləcəyi tarix məlum olub.
Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli APA-ya bildirib ki, ikinci binanın mənzilləri jurnalistlərə bu il 22 iyul - Milli Mətbuat günündə təqdim ediləcək.
Qeyd edək ki, 3 girişli, 17 mərtəbəli bina 255 mənzildən ibarətdir.
Xatırladaq ki, jurnalistlər üçün inşa edilmiş birinci bina 22 iyul 2013-cü ildə istifadəyə verilib.
OXŞAR XƏBƏRLƏR
10:29
406
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
985
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
995
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1677
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1156
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1119