Lavrov ABŞ-da: TRAMP QƏBUL ETDİ, TİLLERSON ŞƏRT QOYDU
Vaşinqtonda ABŞ dövlət katibi Reks Tillersonla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.
APA TV-nin məlumatına görə, görüşdə Ukrayna və Suriya münaqişəsi, habelə qarşılıqlı maraq kəsb edən digər mövzular müzakirə edilib.
Tərəflər bir daha İŞİD-in məhvi, habelə Suriyada zorakılığın aradan qaldırılması və bu ölkəyə humanitar yardım məsələlərində ortaq fikirə gəlib.
Bundan əlavə, Rusiyanın baş diplomatı hazırda iki ölkə arasında Obama Administrasiyası dövründən daha şəffaf dialoqun mövcudluğuna diqqət çəkib: "Mən bir daha əmin oldum ki, Tramp administrasiyası, prezidentin özü və dövlət katibi iş görməkdə və razılığa gəlinməsində maraqlıdır".
Öz növbəsində Ukrayna məsələsinə toxunan dövlət katibi R.Tillerson Minsk razılaşmalarının yerinə yetirilməsində irəliləyiş əldə olunmasının vacibliyini vurğulayıb.
Brifinqin sonunda jurnalistin Federal Təhqiqatlar Bürosu rəhbərinin işdən çıxarılması barədə sualına Sergey Lavrovun cavabı ironik olub: "Onu işdən çıxarıblar ki? Siz zarafat edirsiniz? Mənim xəbərim yoxdur".
Rusiya xarici işlər naziri S. Lavrov Ağ Evdə ABŞ prezidenti Donald Trampla da görüşüb. Bu, Sergey Lavrovun son 4 ildə Ağ Evə ilk səfəridir.
Amerika mətbuatı diplomatla Trampın görüşünə müxtəlif yanaşma sərgiləyir. "Foreign Policy" nəşri Sergey Lavrovun Ağ Evdə qəbul edilməsi və Rusiya ilə münasibətlərin yumşaldılmasını D.Trampın səhvi kimi dəyərləndirir.
"The New York Times" isə bu görüşün daha çox Federal Təhqiqatlar Bürosu rəhbərinin istefası ilə bağlı təşkil olunduğunu iddia edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır