Prezidentin İşlər İdarəsi Bakı Avtovağzalını nazirliyə qaytardı
Bir müddət öncə Prezidentin İşlər İdarəsinin balansına verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi yenidən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib. Bu barədə "APA-Economics"ə kompleksdəki mənbə bildirib.
"Bir müddət öncə kompleks ölkə başçısının İşlər İdarəsinin balansına verilmişdi. Bu gündən etibarən isə kompleks Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərəcək", - deyə mənbə qeyd edib.
Faktı nazirlikdəki mənbə də təsdiqləyib: "Kompleksin əvvəlki rəhbərliyi də yenidən öz iş yerinə qaytarılıb".
Qeyd edək ki, fevralın 13-də ölkə başçısının imzaladığı sərəncama əsasən Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Sərəncama əsasən, kompleks yeni yaradılan nazirliyin nəzdində fəaliyyətini davam etdirir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır