Ərdoğan: "ABŞ səhv hərəkətlərə son qoymalıdır"
"Narahatlığımızı 16 mayda prezident Trampa bilavasitə bildirəcəyik".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pentaqonun Suriyanın şimalında PYD/YPG-yə silah yardımı etməsinə münasibət bildirərkən deyib.
Ərdoğan ABŞ-ın PYD-yə ağır silahlar verməsini NATO zirvəsində də müzakirə edəcəklərini bildirib: "Qəbul olunan qərarla bağlı narahatlığımızı 16 mayda bilavasitə prezident Tramp ilə keçirdiyimiz görüşlərdə özünə bildirəcəyik. Mayın 25-də NATO zirvəsində də müttəfiqlərimiz ilə məsələni müzakirə edəcəyik. Suriya reallıqlarına uyğun gələn bir nəticə əldə edəcəyimizə inanıram. Ümid edirəm ki, ifadə olunan bəzi fikirlərdən ABŞ-a getmədən öncə dönülmüş olsun. Sərhəd boyu şəhidlərimiz oldu. Suriyanın bölünməsinə qarşı olduğumuzu hər zaman söylədik. Bu məsələnin ağılla həll olunmasının tərəfdarıyıq. Ümid edirəm ki, yanlışdan tez bir zaman dönülər".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır