Azərbaycanda güclü zəlzələ oldu

Bu gün saat 07:00 radələrində Azərbaycanın bir neçə rayonunda zəlzələ baş verib.

 

APA-nın məlumatına görə, zəlzələ Şirvan şəhəri, Salyan rayonu və Lənkəranda hiss olunub.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ yerli vaxtla saat 07:24:19-da Saatlı rayonu ərazisində  qeydə alınıb. Zəlzələnin maqnitudası 5.3 bal, dərinliyi 39 km olub.

 

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3-4 bala qədər hiss olunub.

 

Zəlzələ həmçinin Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss olunub.  

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR