ABŞ-ın neft ehtiyatları azaldı, “qara qızıl”ın qiyməti 50 dolları keçdi
ABŞ-ın neft ehtiyatları barədə həftəlik hesabat və Saudi Aramco şirkətinin Asiya siyasəti barədə xəbərlər nefti bahalaşdırıb.
APA TV-nin xəbərinə görə, ABŞ Energetika Nazirliyinin açıqladığı rəsmi hesabata əsasən ötən həftə ölkənin kommersiya neft ehtiyatları 5,2 milyon barel azalıb. Hazırda ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının həcmi 522,5 milyon bareldir. Ölkə üzrə benzin ehtiyatlarının həcmi isə həftə ərzində 150 min barel azalaraq 241,082 milyon barel təşkil edib.
Ehtiyatların azalmasına rəğmən ABŞ-da gündəlik neft hasilatı 9,31 milyon barelə çatıb.
Səudiyyə Ərəbistanı isə Asiya regionu dövlətlərinə neft satışını məhdudlaşdırmaq niyyətindədir. Saudi Aramco şirkətindən bəyan ediblər ki, iyunda Asiya ölkələrinə nəql edilən neftin həcmi 7 milyon barel azaldıla bilər. Bu qərar həm OPEK çərçivəsində hasilatın azaldılması sazişinə riayət etmək, həm də yay dövründə ölkə daxilində artan tələbatı ödəmək məqsədilə qəbul olunub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının energetika naziri Xaled əl-Falix hasilatın azaldılması haqqında sazişin müddətinin artırılacağına əminliyini bəyan edib.
Bu xəbərlər birjalarda neftin qiymətinə pozitiv təsir göstərib. Hazırda “Brent” markalı neftin bir bareli 50,56 dollara satılır, Qərbi Texas nefti 47,70 dollardan təklif olunur.
Sabah birjalarda həftənin son hərracları keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır